Azərbaycanda 14 yaşlı qız üzərində unikal tibbi əməliyyat keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 14 yaşlı qız üzərində unikal tibbi əməliyyat keçirilib – FOTO

16:51 - 01 / 03 / 2017
Azərbaycanda 14 yaşlı qız üzərində unikal tibbi əməliyyat keçirilib – FOTO

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 14 yaşlı qızın üzərində mürəkkəb tibbi əməliyyat icra edilib. Klinikadan verilən məlumata görə, son dərəcə mürəkkəb olan əməliyyat Tədris Cərrahiyyə Klinikasının Mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov tərəfindən həyata keçirilib.

Maraqlıdır ki, yeniyetmənin ailəsinin dəfələrlə müraciət etməsinə baxmayaraq, nə Azərbaycanda, nə də ki, Türkiyədə heç bir klinika bu əməliyyatı keçirməyə boyun olmayıb.

Tural Canbaxışovun sözlərinə görə, pasientin son bir ildə hər ay müntəzəm olaraq 3-5 gün çox şiddətli ağrıları olub, lakin menstrual qanaxma müşahidə olunmayıb: “Diaqnostik müayinələr zamanı pasientin anadangəlmə uşaqlıq yolunun qüsuru (tamamilə inkişaf etməməsi) aşkarlanıb. Hər ay menstrual qanaxmalar uşaqlıq yolu olmadığı üçün bayıra deyil, uşaqlıq boruları vasitəsilə daxilə, yəni qarın boşluğuna gedirmiş və ciddi ağrılara səbəb olurmuş”. 

Mama-ginekologiya şöbəsinin müdirinin sözlərinə görə, bu qüsura 10 mindən bir qız uşağında rast gəlinir. Belə xəstələrdə eyni zamanda, ürək və böyrək qüsurları ehtimalları da artır. Lakin bu pasientin səhhətində başqa problem olmayıb.

Həkimin dediyinə görə, əməliyyat təxminən 3 saat davam edib, fəsadsız keçıb və süni uşaqlıq yolu yaradılıb. Uşaqlıq yoluna müvəqqəti olaraq xüsusi balonlar yerləşdirilib: “Uşaqlıq yolu inkişaf etmədiyi üçün qonşu orqanlar - sidik kisəsi və düz bağırsaq bir-biriylə bitişik halda idi və aralarını bu orqanlara zərər vermədən ayırmak xüsusi diqqət və təcrübə tələb edirdi. Gələcəkdə, yetkin yaşında, uşaqlıq yolunun korreksiyası üçün pasienti növbəti əməliyyat gözləyir”.

Hal-hazırda 14 yaşlı pasientin vəziyəti yaxşıdır və  artıq xəstəxanadan evə buraxılıb.

1news.az

Paylaş:
886

Son xəbərlər

Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıbBu gün, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edibBu gün, 11:28Şəmkirdə qanunsuz tikililər sökülübBu gün, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVABu gün, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıbBu gün, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşübBu gün, 10:12Xətai rayonunda su kəsiləcəkBu gün, 10:02Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 220 / 09 / 2024, 17:52Azərbaycanın “Olivea” Brendi Beynəlxalq Arenada İrəliləyir: İxracda Uğurlu Addımlar20 / 09 / 2024, 17:46Azərbaycan Ordusunun Baş Qərargah rəisi Romada NATO Müdafiə Kollecində olub20 / 09 / 2024, 17:39Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə olub20 / 09 / 2024, 17:37Azərbaycan Səudiyyə İnkişaf Fondu ilə əlaqələri genişləndirmək istəyir20 / 09 / 2024, 17:29“Youtube” şirkətinin həmtəsisçisi Bakıda sammitdə iştirak edəcək20 / 09 / 2024, 17:16İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib20 / 09 / 2024, 17:09Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olundu20 / 09 / 2024, 16:40Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq20 / 09 / 2024, 16:27Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub20 / 09 / 2024, 16:21QAİ ABŞ Konqresində keçirilmiş dinləmələrdə ölkəmizin əleyhinə səsləndirilən ittihamlarla bağlı bəyanat yaydı20 / 09 / 2024, 15:58“İnstagram”da qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub, 9 nəfər tutulub - FOTO20 / 09 / 2024, 15:33Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi gününü təbrik edib20 / 09 / 2024, 15:08
Bütün xəbərlər