Fernando Torres ölümdən döndü – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

Fernando Torres ölümdən döndü – FOTO – VİDEO

10:27 - 03 / 03 / 2017
Fernando Torres ölümdən döndü – FOTO – VİDEO

La Liqanın 25-ci turu çərçivəsində baş tutan “Deportivo” – “Atletiko” oyununda təhlükəli anlar yaşanıb.

1news.az-ın məlumatına görə, görüşün 86-cı dəqiqəsində qonaqların hücumçusu Fernando Torres rəqib futbolçu Berqantinyosla toqquşmada huşunu itirərək yerə yıxılıb.

Komanda yoldaşlarının ilkin müdaxiləsindən sonra həkimlərin də səyləri ilə özünə gələn oyunçu meydanı tərk edib.  

Daha sonra boyunluq taxılan oyunçu stadiondan bir başa xəstəxanaya aparılıb.

Qeyd edək ki, görüş 1:1 hesabı ilə başa çatıb.

1news.az

 

Paylaş:
1059

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər