Fransa və İtaliyanın futbol əfsanələri arasında xeyriyyə matçı oynanılacaq | 1news.az | Xəbərlər
Futbol

Fransa və İtaliyanın futbol əfsanələri arasında xeyriyyə matçı oynanılacaq

23:36 - 08 / 03 / 2017
Fransa və İtaliyanın futbol əfsanələri arasında xeyriyyə matçı oynanılacaq

İyunun 17-də Fransa və İtaliyanın futbol əfsanələri arasında xeyriyyə matçı baş tutacaq.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bir çox ulduzların iştirak edəcəyi matç ötən il iyulun 14-də Fransanın Nitsa şəhərində baş verən və 86 nəfərin ölümünə səbəb olan terror aktının qurbanlarının xatirəsinə həsr ediləcək. Xeyriyyə matçına bilet satışından əldə ediləcək gəlir “Mələklərin gəzintisi” assosiasiyasına köçürüləcək.

Artıq bir sıra əfsanəvi futbolçular – Zidan, Pöti, Deşam, Qovu, Qallas, Vieri, Maldini, Barezi, Kostakurta, Del Piero Nitsadakı “Allianz Riviera” stadionunda keçiriləcək matçda iştiraklarını təsdiqləyiblər.

1news.az

 

Paylaş:
751

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər