Milli Məclisin deputatları Almaniyaya səfər edəcəklər | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclisin deputatları Almaniyaya səfər edəcəklər

19:07 - 09 / 03 / 2017
Milli Məclisin deputatları Almaniyaya səfər edəcəklər

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və deputat Rövşən Rzayev  martın 9-da Almaniyanın paytaxtı Berlinə səfər edəcəklər.

1news.az-a Parlamentdən verilən xəbərə görə, deputatlar Almaniya Bundestaqında olacaqlar, həmkarları ilə bir sıra görüşlər keçirəcəklər.

Görüşlərdə iki ölkə arasında parlament əlaqələrinin möhkəmləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində    əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq, qanun yaradıcılığı sahəsində qarşılıqlı təcrübə və informasiya mübadiləsi aparılacaq.

Səfər martın 15-də başa çatacaq.

1news.az

Paylaş:
685

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər