FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb | 1news.az | Xəbərlər
İdman

FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb

20:33 - 09 / 03 / 2017
FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

1news.az-ın məlumatına görə, ötən ayla müqayisədə millimizin mövqeyində dəyişiklik baş verməyib. Millimiz 380 xalla 89-cu yerdə qərarlaşıb.

Komandamızın “DÇ-2018”in seçmə mərhələsindəki rəqiblərindən Almaniya 1433 xalla 3-cü (0),  Şimali İrlandiya 786 xalla 35-ci (0),  Çexiya 684 xalla 42-ci (+4), Norveç 428 xalla 81-ci (0), San Marino isə 17 xalla 203-cü (-1) yerdə qərarlaşıb.

Qeyd edək ki, siyahıya 1644 xalla Argentina millisi başçılıq edir. Braziliya yığması isə 1534 xalla ikincidir.

1news.az

 

Paylaş:
654

Son xəbərlər

Bütün xəbərlər