Futbol üzrə Azərbaycan millisi 2017-ci ildə ilk yoxlama oyununda qalib gəlib | 1news.az | Xəbərlər
Futbol

Futbol üzrə Azərbaycan millisi 2017-ci ildə ilk yoxlama oyununda qalib gəlib

22:50 - 09 / 03 / 2017
Futbol üzrə Azərbaycan millisi 2017-ci ildə ilk yoxlama oyununda qalib gəlib

Futbol üzrə Azərbaycan milli komandası 2017-ci ildə ilk yoxlama oyununu keçirib.

Robert Prosineçkinin baş məşqçilik etdiyi kollektiv Qətər yığmasının qonağı olub.

Doha şəhərində "Əl-Sədd" stadionunda keçən görüş Azərbaycan yığmasının qələbəsi ilə yekunlaşıb - 2:1. Hər 3 qol fasilədən sonra vurulub. 53-cü dəqiqədə Tərlan Quliyev hesabı açıb. Bundan 3 dəqiqə sonra meydan sahibləri bərabərlik qolunu vurub. Lakin 63-cü dəqiqədə Araz Abdullayev oyunda son nöqtəni qoyub.

AZƏRTAC

Paylaş:
1668

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər