Foreign Policy News: “Radio Free Europe” Azərbaycana qarşı məqsədyönlü kampaniya həyata keçirir
Qərb KİV-ləri, xüsusilə də “Radio Free Europe/Radio Liberty” (Azadlıq radiosu) Azərbaycana qarşı məqsədyönlü kampaniya həyata keçirir.
Bu barədə “Foreign Policy News” jurnalında dərc olunan məqaləsində jurnalist Maayan Yaffe-Hoffman yazıb.
Məqalədə qeyd olunur ki, təşkilatın özünü azad mətbuatın qərəzsiz üzvü kimi təqdim etməsinə baxmayaraq, faktlar başqa şeyi əks etdirir:
“Bir neçə il mən bildirmişdim ki, “Azadlıq radiosu”nun hədəfinə ABŞ-ın müttəfiqi Azərbaycan düşüb. Sonra müşahidə etdim ki, bir ay ərzində “Azadlıq radiosu” Azərbaycan haqqında 30-dan çox məqalə və videorolik dərc edib. Bunların heç birində ölkədə açıq, tolerant cəmiyyətin qurulması ilə bağlı səylər və ya ABŞ-la və İsraillə dostluq və beynəlxalq əməkdaşlıq qeyd olunmayıb. Bunun əvəzində ABŞ-ın Xəzər regionundakı stabil müttəfiqi olan Azərbaycanın qapalı və antidemokratik cəmiyyət olduğu vurğulanıb”.
Müəllifin fikrincə, “Azadlıq radiosu”nda bu gün də antiazərbaycan gündəm davam edir.
Trend