Keçən ay 31 ədəd tank, 3 ədəd piyada əleyhinə mina və 1048 PHS zərərsizləşdirilib
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) cari ilin fevral ayı ərzində mina və PHS təmizlənməsi əməliyyatlarının gedişi ilə bağlı məlumat yayıb.
Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, keçən ay ərzində 1 368 831 m2 ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.
Aparılmış əməliyyatlar nəticəsində 1048 ədəd PHS, 31 ədəd tank və 3 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Bu ilin fevral ayı ərzində bir mina/PHS hadisəsi qeydə alınıb.
Əməliyyatlarda 498 nəfər əməliyyat heyəti və 131 nəfər inzibati heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edir.
Məlumata görə, indiyədək cəmi 396 984 456 m2 ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 756 894-dür.
Fevral ayı ərzində Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Beyləqan, Bərdə, Cəbrayıl, Füzuli, Gəncə, Lənkəran, Tovuz, Tərtər rayonlarında və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirilib.
1news.az