Bakıda narkomaniyanın fəsadlarına həsr olunan təlim-məşğələ keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda narkomaniyanın fəsadlarına həsr olunan təlim-məşğələ keçirilib – FOTO

16:26 - 10 / 03 / 2017
Bakıda narkomaniyanın fəsadlarına həsr olunan təlim-məşğələ keçirilib – FOTO

Bakıdakı 132-134 saylı Təhsil Kompleksində rayonun orta təhsil müəssisələrinin rəhbərləri, məktəb psixoloqları və tibb işçilərinin iştirakı ilə narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə təlimçilərin hazırlanması üçün təlim-məşğələlər keçirilib.

1news.az-ın məlumatına görə, Səbail Rayon İcra Hakimiyyəti və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun birgə təşkilatçılığı ilə baş tutan təlimlər-məşğələnin işində iştirak edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev ilk növbədə təlim-məşğələlərin məqsədi, narkotiklərlə mübarizə işləri çərçivəsində Səbail rayonunda görülən işlər barədə məlumat verib.

Qeyd olunub ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinə uyğun olaraq rayonda fəaliyyət göstərən Komissiya tərəfindən tədbirlər planına uyğun olaraq müvafiq işlər həyata keçirilir. Bu işlər çərçivəsində rayondakı orta və ali təhsil müəssisələrində, idarə və təşkilatlarda geniş şəkildə maarifləndirmə tədbirləri keçirilir və bu tədbirlərin aparılması məqsədi ilə mütəxəssislərlə yanaşı həm də tədbirlərin təşkilində cavabdeh olan təlimçilərin də hazırlanması mühüm əhəmiyyət kəsb edir.

Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Vasif Quliyev qeyd edib ki, hazırda bütün dünyanı narahat edən narkomaniya ümumbəşəri bəlaya çevrilib. Narkotik vasitələrə aludəçilik cinayətkarlıq, zorakılıq və digər mənfi hallar üçün münbit zəmin yaradır. Narkomaniya gəncləri sosial-iqtisadi və siyasi proseslərdən uzaqlaşdırır, ailələrin və bütövlükdə cəmiyyətin inkişafını ləngidən prosesə çevrilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, onlardan sui-istifadə ilə əlaqədar mübarizənin gücləndirilməsi məqsədilə keçirilən təbliğat xarakterli kütləvi tədbirlərdə ictimaiyyət nümayəndələrinin, din xadimlərinin, incəsənət və idman ustalarının iştirakı vacibdir. 

Tədbirdə Daxili İşlər, Təhsil, Səhiyyə nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşları çıxış edərək müasir dövrün ən dəhşətli bəlalarından olan narkomaniya əleyhinə aparılan işlər, bu istiqamətdə görülən maarifləndirici tədbirlər və təbliğat işləri, yeniyetmə və gənclərdə sağlam həyat tərzinin təbliği, idmana həvəsin artırılması, asudə vaxtlarının təşkili, mədəniyyət və incəsənət müəssisələrinin bu istiqamətdəki işərinin artırılması, peşə yönümü işlərinin aparılması, narkomaniyaya düçar olmuş xəstələrin müalicəsi, onun törətdiyi sosial bəlaların aradan qaldırılması və s. mövzuları əhatə etməklə geniş məlumatlar vermiş, dinləyicilərin çoxsaylı suallarını cavablandırıblar.

1news.az

Paylaş:
546

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər