Dövlət Miqrasiya Xidmətinin 10 illik yubileyi münasibətilə keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Miqrasiya Xidmətinin 10 illik yubileyi münasibətilə keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb

19:17 - 10 / 03 / 2017
Dövlət Miqrasiya Xidmətinin 10 illik yubileyi münasibətilə keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 10-cu ildönümü münasibətilə üç nominasiya (sənədli film, rəsm əsəri və məqalə) üzrə keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb.

Müsabiqənin qaliblərini təbrik edən Dövlət Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayev Xidmətin yaranma tarixi, fəaliyyət istiqamətləri, 10 il ərzində əldə edilən uğurlardan danışıb. Bildirib ki, Azərbaycan dövləti dinamik və hərtərəfli inkişafı ilə bu gün dünyanı heyrətləndirməkdədir.

Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə ildən-ilə əldə edilən yüksək nəticələr Azərbaycanın qüdrətini daha da artırmaqdadır. Bu uğurların əsasında uzaqgörənliklə düşünülmüş və uğurla reallaşdırılan dövlət siyasəti dayanır. Miqrantlar adətən iqtisadi cəhətdən yüksək inkişaf etmiş ölkələrə üz tuturlar. Dövlətimizin başçısı İlham Əliyevin söylədiyi kimi “Azərbaycanın qapıları xoş məramla gələn hər bir əcnəbi üçün açıqdır. Əcnəbilər ölkəmizə gələ, yaşaya, işləyə və təhsil ala bilərlər. Lakin bütün bunlar qanun çərçivəsində tənzimlənməlidir”.

Qeyd edilib ki, ölkəmizdə miqrasiya üzrə daha təkmil bir sistemin reallaşdırılması üçün Prezident İlham Əliyevin 2007-ci il 19 mart tarixli Fərmanı ilə müstəqil dövlət qurumu olan Dövlət Miqrasiya Xidməti yaradılıb. Prezidentin 2010-cu il 17 mart tarixli Sərəncamı ilə isə hər il martın 19-u Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Elə həmin il mayın 25-də Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin yeni inzibati binasının açılış mərasimində iştirak edib. Ötən dövrdə miqrasiya siyasətinin ölkəmizin siyasi və iqtisadi maraqlarına yönəldilməsi məqsədilə qanunvericilik bazası daha da möhkəmləndirilib. Eyni zamanda, Dövlət Miqrasiya Xidməti fəaliyyətində qanunvericiliyi rəhbər tutaraq, işini müasir tələblərə uyğun qurub.

Tədbirdə Azərbaycan Kinematoqrafçılar İttifaqının icra katibi Cəmil Quliyev, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov, Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini – icra katibi Şahin Babayev müsabiqənin təşkilinə görə Dövlət Miqrasiya Xidmətinə təşəkkür edib, müsabiqə qaliblərinə xoş arzularını bildiriblər.

Sonra müsabiqənin qalibləri təltif edilib.

Müsabiqənin keçirilməsində məqsəd ictimaiyyətin diqqətini Azərbaycan Respublikasında miqrasiya proseslərinin tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlərə və Dövlət Miqrasiya Xidmətinin 10 illik fəaliyyəti dövründə əldə olunan nailiyyətlərə cəlb etmək, eləcə də miqrasiya problemlərinin həllinə istiqamətləndirmək idi.

“Müasir dövrün miqrantları rəssamın gözü ilə” mövzusu üzrə ən yaxşı rəsm əsəri müsabiqəsinə təqdim edilən əsərlərin ideyası, bədii həlli, sənətkarlıq və peşəkarlıq keyfiyyətləri Azərbaycan Rəssamlar İttifaqının üzvləri və təşkilat komissiyası tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib. Müsabiqədə birinci yerə Nuray Əlisoyun “Miqrasiya”, ikinci yerə Aysel Nağıyevanın “İnstinkt”, üçüncü yerə isə Xalidə Əlilinin “Müasir miqrantlar” əsəri layiq görülüb. Həvəsləndirici mükafatlar Qızxanım Cəfərovanın “İşıqlı ümid”, Aynur Rüstəmovanın “Yatmış mələk”, Azər Yusubovun “Dərə çiçək” əsərlərinə verilib.

Müsabiqəyə təqdim edilən rəsm əsərləri yağlı boya ilə kətan üzərində çəkilib.

 “Miqrantlar ilə bir yerdə yaşamağın Azərbaycan modeli” mövzusu üzrə ən yaxşı məqalə müsabiqəsinə təqdim olunan yazıların ideyası və məzmunu Azərbaycan Jurnalistlər Birliyinin üzvləri tərəfindən yoxlanılıb və qaliblər müəyyənləşdirilib. Münsiflər tərəfindən birinci yerə Aidə Quliyevanın “Qayıdışa çağırış” sərlövhəli məqaləsi layiq görülüb. İkinci yeri Nurəngiz Bağırovanın müəllifi olduğu “Müasir Azərbaycan dövlətinin miqrasiya siyasəti: milli təcrübə və yeni istiqamətlər” adlı məqaləsi tutub. Şəmsiyyə Həsənovanın “Miqrantlarla bir yerdə yaşamağın Azərbaycan modeli” sərlövhəli məqaləsi üçüncü yerə layiq görülüb. Şəbnəm Mehdizadə “Miqrasiya proseslərinin idarə olunması dövlətin prioritet sahələrdən biri hesab olunur”, Könül Kərimova “Azərbaycanın miqrasiya siyasəti dünya miqrasiya proseslərinin kontekstində” və Məhərrəm İbrahimov “Dövlət Miqrasiya Xidməti – 10 il: Mükəmməl qanunvericilik bazası, peşəkar fəaliyyət, uğurlu model” sərlövhəli məqalələrinə görə həvəsləndirici mükafatlarla təltif ediliblər.

Ən yaxşı sənədli film nominasiyası üzrə birinci yerə Əli Babayevin müəllifi olduğu “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti: 10 il xidmətdə”, ikinci yerə isə Zaur Mahmudovun “Dövlət Miqrasiya Xidməti - 10 il” adlı filmləri layiq görülüb. Hər iki filmin süjet xətti Dövlət Miqrasiya Xidmətinin 10 il ərzində əldə etdiyi uğur və nailiyyətlərdən bəhs edir.

AZƏRTAC

Paylaş:
853

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər