Bakının bəzi rayonlarında içməli suyun verilməsində məhdudiyyətlər olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının bəzi rayonlarında içməli suyun verilməsində məhdudiyyətlər olacaq

11:00 - 10 / 03 / 2017
Bakının bəzi rayonlarında içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Bu gün paytaxtın bəzi rayonlarında içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-nin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Bakı şəhəri Səbail rayonu Nizami küçəsindən keçən 250 millimetr diametrli magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar martın 10-da gün ərzində Səbail, Nəsimi və Yasamal rayonlarının bir hissəsinə - Nizami, İ.Səfərli, R.Rza, Mərdanov qardaşları, Y.Məmmədəliyev, T.Əliyarbəyov, H.Z.Tağıyev küçələrində bəzi ünvanlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

1news.az

 

Paylaş:
701

Son xəbərlər

Bütün xəbərlər