Göygöl rayonunda 80 yaşlı qadın qohumunu qətlə yetirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Göygöl rayonunda 80 yaşlı qadın qohumunu qətlə yetirib

11:56 - 10 / 03 / 2017
Göygöl rayonunda 80 yaşlı qadın qohumunu qətlə yetirib

Göygöl rayonunda qətl hadisəsi törədilib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, rayon sakini, 1974-cü il təvəllüdlü Atayev Şiraslan Yunis oğlu bıçaqlanaraq qətlə yetirilib.

İlkin məlumata əsasən, Ş.Atayevi qohumu olan qadın – 80 yaşlı Mərquş Bayramıvanın qətlə yetirdiyi bildirilir.

Hazırda Murovdağ qəsəbəsində yaşayan M. Bayramova Kəlbəcərdən olan məcburi köçkündür. Hadisə şəxsi münaqişə zəminində törədilib.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi başlayıb. Araşdırmalar davam edir.

1news.az

 

Paylaş:
643

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər