Milli Məclisin növbəti plenar iclası keçirilir
Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilir.
1news.az-ın məlumatına görə, iclası açan parlamentin sədri Oqtay Əsədov gündəliyi təqdim edib.
İclasda deputatlar “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Sərhəd qoşunları haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Telekommunikasiya haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Reklam haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxacaqlar. Həmçinin “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə ediləcək.
1news.az
591