Texasdan olan konqresmen Xocalı soyqırımına dair bəyanat verib | 1news.az | Xəbərlər
Siyasət

Texasdan olan konqresmen Xocalı soyqırımına dair bəyanat verib

12:51 - 11 / 03 / 2017
Texasdan olan konqresmen Xocalı soyqırımına dair bəyanat verib

ABŞ-ın Texas ştatından olan konqresmen Cin Qrin Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı bəyanat verib.

1news.az APA-ya istinadən xəbər verir ki, konqresmen Qrin bəyanatında 25 il öncə, 25-26 fevral tarixlərində, Ermənistan Silahlı Qüvvələrinin Xocalını işğal etdiyini və bu hücum zamanı yüzlərlə günahsız insanın öldürüldüyünü, yaralandığını və əsir götürüldüyünü qeyd edib.

Bəyanatda Xocalı faciəsi ilə bağlı beynəlxalq insan hüquqları təşkilatının hesabatına toxunularaq, bu dəhşətli hadisənin Ermənistan-Azərbaycan münaqişəsi dövründə ən böyük qətliam kimi xarakterizə olunması və Ermənistan Silahlı Qüvvələrinin beynəlxalq humanitar hüququn tələblərinə məhəl qoymadan bilərəkdən bu vəhşilikləri törətməsi ilə bağlı məqamlara istinad olunub.

Bununla yanaşı, Konqresmen Xocalının hazırda işğal altında olduğunu və BMT Təhlükəsizlik Şurasının Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan torpaqlarının işğalını pislədiyini bəyan edib.

Konqresmen Qrin bəyanatında Xocalı faciəsini hərbi cinayət adlandıraraq, illər ötdükcə daha çox təşkilat və dövlətlərin Xocalıda Azərbaycan vətəndaşlarına qarşı törədilmiş vəhşilikləri tanıdığını bildirib.

Sonda ABŞ Konqresmeni Azərbaycanın ABŞ-ın güclü strateji tərəfdaşı və dostu olduğunu vurğulayaraq, həmkarlarına bu faciəni qeyd etdiyi bir zamanda ölkəmizlə birgə olmağa və işğal olunmuş torpaqlarımızda sülhün bərqərar olunması istiqamətində çalışmağa çağırıb.

1news.az

Paylaş:
626

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər