Deputat: “Türk nazirlərin Hollandiyaya buraxılmaması demokratiyaya böyük təhdiddir” | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “Türk nazirlərin Hollandiyaya buraxılmaması demokratiyaya böyük təhdiddir”

15:39 - 12 / 03 / 2017
Deputat: “Türk nazirlərin Hollandiyaya buraxılmaması demokratiyaya böyük təhdiddir”

“Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin Hollandiyaya enməsinə icazə verilməməsi, ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın avtomobilinin Hollandiya polisi tərəfindən saxlanması və Hollandiya polisi tərəfindən dinc türk etirazçılara qarşı zorakılığın tətbiq edilməsi demokratiyaya böyük təhdiddir”.

1news.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, türklər Hollandiyada öz fikirlərini dinc şəkildə ifadə edirdilər:

“Ancaq polislər itlərdən istifadə edərək onları itlərə qapdırırlar, insanları atların ayağı altına salırlar. Türkiyədə olan məsələlərə öz münasibətlərini dinc, demokratik yolla ifadə edən insanlara qarşı bu cür hərəkətlər Avropa üçün böyük utancverici bir haldır. İndiyənə qədər mən görməmişdim ki, XXI əsrdə polislər dinc insanları itlərə qapdırsınlar”.

B.Əliyev bildirib ki, bu bütün demokratik prinsiplərə, bəşəri dəyərlərə ziddir:

“Düşünürəm ki, Avropadakı siyasətçilər, o cümlədən Niderlanddakı siyasətçilər buna qarşı öz haqq səslərini ucaldacaqlar və demokratiyaya qarşı yönəlmiş bu cür hərəkətləri qətiyyətlə pisləyəcəklər. Çünki bu, qətiyyən yolverilməz bir haldır və demokratiyaya böyük bir təhdiddir. İnsan haqları, azad söz ifadəsinə münasibət budurmu?! Bunlar terrorçulara, separatçılara qucaq açırlar, yer verirlər, onların başqa ölkələrə qarşı yönəlik hərəkətlərinə dəstək verirlər, ancaq türkiyəli nazirləri, diplomatları nəinki ölkəyə buraxmırlar, səfirlərin avtomobillərini saxlayırlar. Bu ümumiyyətlə Viyana Konvensiyasına ziddir, eyni zamanda insanların dinc yolla fikirlərini sərbəst ifadə etmələrinə qarşı itlərdən istifadə etmələri XXI əsrin faciəsidir”.

1news.az

Paylaş:
693

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər