Qərbi Mosuldan qaçqın düşənlərin sayı 100 min nəfərə yaxındır | 1news.az | Xəbərlər
Dünya

Qərbi Mosuldan qaçqın düşənlərin sayı 100 min nəfərə yaxındır

20:50 - 12 / 03 / 2017
Qərbi Mosuldan qaçqın düşənlərin sayı 100 min nəfərə yaxındır

Fevralın 19-dan bu günə qədər Qərbi Mosuldan qaçqın düşənlərin sayı 100 min nəfərə çatıb.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə İraqın miqrasiya üzrə naziri Casim Məhəmməd əl-Caf  bildirib.

Onun sözlərinə görə bu gün nazirliyin əməkdaşları Mosuldan cənubda, Tikrit şəhəri yaxınlığında və digər əyalətlərdə 10 607 nəfəri qəbul edərək müvəqqəti sığınacaqlara yerləşdirib:

“Beləliklə Qərbi Mosuldan qaçqın düşənlərin sayı 99 min 852 nəfərə çatıb”, - deyə nazir bildirib.

Qeyd edək ki, Mosulun İŞİD-dən azad edilməsi əməliyyatı keçən ilin oktyabr ayında başlayıb. Bundan əvvəl şəhərin şərq hissəsi terrorçulardan azad edilib. Bu ilin fevralında Mosulun qərbinin azad edilməsi üçün əməliyyat başlanıb.

1news.az

Paylaş:
607

Son xəbərlər

Bütün xəbərlər