PAŞA Sığorta müştərilərə yeni imkanlar təqdim edir - icbari sığortanı onlayn almaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

PAŞA Sığorta müştərilərə yeni imkanlar təqdim edir - icbari sığortanı onlayn almaq

15:50 - 13 / 03 / 2017
PAŞA Sığorta müştərilərə yeni imkanlar təqdim edir - icbari sığortanı onlayn almaq

PAŞA Sığorta şirkətinin müştəriləri avtomobilin İcbari sığortası şəhadətnaməsini www.pasha-insurance.az ünvanından “Onlayn əldə et” panelinə klik edərək, ofisə yaxınlaşmadan bir neçə saniyə ərzində rahat şəkildə əldə edə bilərlər.

Həmçinin müştərilər “Şəxsi Kabinet” bölməsinə daxil olaraq orada öz şəhadətnamələrini yoxlaya, çap edə  və “Onlayn sığorta ödənişi” bölməsində sığorta haqqını ödədikdən dərhal sonra şəhadətnamə qüvvəyə minəcək və bununla müştəri oz vaxtına qənaət edərək şəhadətnamənin qüvvəyə minməsini gözləməkdən azad olur.  PAŞA Sığorta şirkətindən onlayn olaraq sığorta şəhadətnaməsi əldə edən müştərilər gələcəkdə əlavə imtiyazlardan da yararlana biləcəklər.

Qeyd edək ki, “PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və  digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.

Reklam hüququnda

Paylaş:
635

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər