Türkiyə Niderland səfirinin ölkəyə daxil olmasını qadağan edib | 1news.az | Xəbərlər
Dünya

Türkiyə Niderland səfirinin ölkəyə daxil olmasını qadağan edib

09:18 - 14 / 03 / 2017
Türkiyə Niderland səfirinin ölkəyə daxil olmasını qadağan edib

Türkiyə hökuməti Niderlandın Ankaradakı səfirinin ölkəyə daxil olmasını qadağan edib.

Bunu Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bəyan edib.

“Bizim tələblər yerinə yetirilənə qədər məzuniyyətdə olan Niderland səfirinin Türkiyəyə girişinə qadağa qoyulması qərarı qəbul edilib”, - deyə Kurtulmuş bildirib.

Baş nazirin müavini, həmçinin Niderlandla yüksək səviyyəli görüşlərin təxirə salındığını da deyib. Kurtulmuş qeyd edib ki, Türkiyə niderlandlı diplomatların da ölkəyə uçuşlarını qadağan edəcək.

Anadolu

 

Paylaş:
628

Sizin üçün xəbərlər

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər