“Neftçi” yubiley günü saat 19:37-də meydana çıxacaq | 1news.az | Xəbərlər
Futbol

“Neftçi” yubiley günü saat 19:37-də meydana çıxacaq

15:35 - 15 / 03 / 2017
“Neftçi” yubiley günü saat 19:37-də meydana çıxacaq

Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində keçiriləcək “Neftçi” – “İnter” oyunu meydan sahibi komandanın 80 illik yubileyi gününə təsadüf edəcək.

1news.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, martın 18-də "Bakcell Arena”da keçiriləcək görüş simvolik olaraq saat 19:37-də başlayacaq. "Neftçi”nin 80 illik silsilə yubiley tədbirləri bununla da yekunlaşmayacaq. 

Oyunda azarkeşlər “Neftçi”nin əzəmətli tarixinə nostalji səyahət edəcəklər. Yubiley tədbirləri ilə bağlı sosial şəbəkələrdə bir sıra layihələr təşkil olunacaq.

1news.az

Paylaş:
1435

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər