“Yuventus” və “Lester” 1/4 finalda | 1news.az | Xəbərlər
Futbol

“Yuventus” və “Lester” 1/4 finalda

09:54 - 15 / 03 / 2017
“Yuventus” və “Lester” 1/4 finalda

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilir.

1news.az-ın məlumatına görə, qarşılaşmalar İtaliya və İngiltərədə keçirilib.

İlk oyunda səfərdə “Porto”ya 2:0 hesabı ilə qalib gələn “Yuventus” evdə də qələbəyə sevinib – 1:0.

“Lester” öz meydanında “Sevilya”nı sınağa çəkib. İspaniyada keçirilən ilk görüşdə meydan sahibləri 2:1 hesablı qələbə qazandığından komandaların şansları bərabər qiymətləndirilirdi. Son vaxtlar inamlı oyunu ilə diqqət çəkən İngiltərə təmsilçisi bu uğurun davamını “Sevilya” ilə oyunda da gətirib. “Tülkülər” iki cavabsız qolla 1/4 finala adlayıb.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsinin cavab oyunları

14 mart

“Yuventus” (İtaliya) – “Porto” (Portuqaliya) - 1:0

Qol: Dibala, 42

İlk oyun – 2:0

“Lester” (İngiltərə) – “Sevilya” (İspaniya) - 2:0

Qollar: Morqan, 27, Olbrayton, 54

İlk oyun – 1:2

1news.az

Paylaş:
637

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər