Renessans Palace-ın mənzilləri: bu qiymətə dəyər? | 1news.az | Xəbərlər
İqtisadiyyat

Renessans Palace-ın mənzilləri: bu qiymətə dəyər?

13:20 - 16 / 03 / 2017
Renessans Palace-ın mənzilləri: bu qiymətə dəyər?

Tikinti sektoru, xüsusilə də mənzil tikintisi son illərin ən dinamik inkişaf edən sahələrindən biridir.

Sovet İttifaqı dönəmində maksimum 9 mərtəbəli evlər tikən inşaatçılar indi artıq ən müasir texnologiyaların tətbiqi ilə müxtəlif formada çoxmərtəbəli yaşayış binaları inşa edir. Amma tikinti işlərinin, xüsusilə də mənzil tikintisinin digər fəaliyyət sahələrindən çox önəmli bir fərqi var. Yaşayış binalarının keyfiyyətini səthi baxışla müəyyən etmək mümkün deyil. Halbuki, əksəriyyətimizi mənzil alan zaman, məhz görülən tikinti işlərinin keyfiyyəti maraqlandırır.  

Çoxlarını bir sual maraqlandırır: “Renessans Palace”-ın təklif etdiyi mənzillər bu qiymətə dəyərmi? Bu suala cavab vermək üçün buqiymetedeyer.az internet saytı yaradılıb. Saytda tikinti prosesi və tikinti materiallarının keyfiyyəti haqqında geniş məlumatla yanaşı, potensial mənzil alıcılarını maraqlandıran digər faydalı məlumatlar da öz əksini tapıb.    

“Elmlər Akademiyası” metro stansiyası yaxınlığında yerləşən “Renessans Palace” premium klass yaşayış kompleksi haqqında ətraflı məlumat verək.

Etibarlı binanın əsası bünövrədə qoyulur. “Renessans Palace”-ın bünövrəsi 2 metr hündürlükdə beton qatından başlayır. Bünövrədə nəmə qarşı üçqat müdafiə təmin olunub. Qrunt sularının bünövrədə yığılmasının qarşısını almaq üçün drenaj sistemi qurulub, istinad divarlarının betonuna mayə şüşə əlavə olunub.

Neoklassik memarlıq üslubunda inşa edilən 18 mərtəbəli dörd binanın fasadı qranit və ağlayla üzlənib. Qiyməti çox baha olduğundan qranit yaşayış təyinatlı tikililərdə az istifadə olunur. “Renessans Palace”-da qranit və təbii ağlay daşından istifadə tikinti işlərinin maya dəyərini artırsa da, binalar uzun illər boyu öz zahiri gözəlliyini qoruyub saxlayacaq.

Betonun keyfiyyəti “Renessans Palace”-ın tikintisini həyata keçirən “AS Group Investment” Şirkətlər qrupuna məxsus xüsusi laboratoriyada yoxlanılır. Çöl divarları 30 sm qalınlıqda termoizolyasiyalı beton bloklarla hörülür. Müqayisə üçün qeyd edək ki, 1m² divarın termoizolyasiyalı beton blokla hörülməsi mişar daşı ilə hörgüdən 4 dəfə, kərpiclə hörgüdən 3 dəfə baha başa gəlir. Amma 30 sm qalınlıqda beton blokun istilik izolyasiyası xüsusiyyətləri 52 sm qalınlıqda taxta, 1 metr qalınlıqda mişar daşı və 2,3 metr qalınlıqda kərpic divarın istilik izolyasiyası xüsusiyyətlərinə bərabərdir. Beton blokun 5 sm qalınlıqda termoizolyasiya təbəqəsi sayəsində mənzillər yayda sərin, qışda isti olur. Nəticədə mənzilin isidilməsi və soyudulmasına sərf olunan enerjiyə 40%-dək qənaət edilir. Bununla yanaşı olaraq, beton bloklar 2,5 saat binanın yükgötürən konstruksiyalarına zərər vermədən və təhlükəli maddələri ifraz etmədən yanğının birbaşa təsirinə davam gətirə bilər.

Əksər yeni tikililərdə pəncərələr tikinti işləri başa çatmamış quraşdırılır. Bu isə pəncərələri çətin silinən tikinti materialları ilə çirkləndirir, zahiri görünüşünə xələl gətirir. Bunu nəzərə alaraq, “Renessans Palace”-da tikinti işləri davam edən müddətdə, pəncərə yerinə metal çərçivə qoyulub. Metal çərçivədən istifadə layihəni bir qədər bahalaşdırsa da, pəncərələri gələcək sakinlərə təmiz təhvil vermək üçün istifadə olunur. Tikinti işləri tam başa çatandan sonra metal çərçivənin üzərinə 4 kameralı izosistem pəncərələr quraşdırılacaq. Metal çərçivəyə bərkidilən izosistem pəncərələr adi plastik pəncərələrdən fərqli olaraq zaman keçdikcə deformasiyaya uğramır, bu isə mənzili xarici temperaturun təsirindən, kənar səs-küydən, qışda soyuqdan, yayda istidən qoruyacaq.

Premium standartın əsas tələblərindən biri mənzilin hündürlüyüdür. “Renessans Palace”-ın yaşayış mərtəbələrində tavanın hündürlüyü 3,45 metr təşkil edir. Premium standartın daha bir tələbinə əsasən hər mənzilin ən azı 1,2 parkinq yeri olmalıdır. Bir mənzilə düşən 1,5 parkinq yeri ilə “Renessans Palace” premium klass üçün müəyyən olunmuş beynəlxalq standartların tələblərinə tam cavab verir. 3 mərtəbəli yeraltı parkinqdən mənzilə “Mitsubishi” markalı liftlər işləyir. Hətta texnoloji cəhətdən inkişaf etmiş Yaponiyada “Mitsubishi” markalı liftlər tikilinin yüksək statusuna dəlalət edir. Sürəti 1,75 m/san olan bu liftlər, hər mərtəbəsində maksimum 3-4 mənzil yerləşən “Renessans Palace” yaşayış kompleksinin sakinlərini lift gözləmək qayğısından azad edəcək.    

“Renessans Palace” premium klass yaşayış kompleksi 1,5 ha sahəsi olan parkı, zəngin idman infrastrukturu, həmçinin kommersiya və sosial yönümlü obyektləri ilə sakinlərə asudə vaxtı keçirmək və gündəlik ehtiyacları ödəmək üçün geniş seçim imkanları yaradacaq.

Çoxları münasib qiymətə keyfiyyətlə tikilən mənzil axtarışındadır. “Renessans Palace”-la yaxından tanış olduqdan sonra mənzil almaq istəyənlər əmin olacaq ki, “Renessans Palace” – bu qiymətə dəyər!  

Reklam hüququnda

 

Paylaş:
2275

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər