ANAMA: Cocuq Mərcanlıda 1813 qəlpə aşkar edilib – FOTO
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1813 qəlpə aşkar ediblər. Mina və partlamamış hərbi sursat aşkarlanmayıb. Ümumilikdə 30 min 955 kvadratmetr ərazi (407 kvadratmetr əl ilə, 16 min 800 kvadratmetr mexaniki üsulla və 13 min 748 kvadratmetr minaaxtaran itlər vasitəsilə) yoxlanılıb.
1news.az-a ANAMA-nın mətbuat xidmətindən verilən xəbərə görə, agentlik tərəfindən 38 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. İyirmi iki partlamamış hərbi sursat (4 ədəd 82 millimetrlik “OF-832”, 2 ədəd 120 millimetrlik “OF-843” minaatan mərmisi, 3 ədəd 93 millimetrlik tank əleyhinə idarə olunmayan raket (2 ədəd “PQ-7VL” və 1 ədəd “PQ-7VM”), 2 ədəd 70 millimetrlik tank əleyhinə idarə olunmayan “PQ-7VM” raketi, 1 ədəd “PQ-7” raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd “F-1” əl qumbarası, 1 ədəd 100 millimetrlik “OF-412” top mərmisi və 8 ədəd “TM-62P3” minasının gücləndiricisi, 5 ədəd piyada əleyhinə “OZM-72” mina və 32 ədəd tank əleyhinə mina (8 tank əleyhinə “TM-57” minası və 24 ədəd “TM-57” tank əleyhinə minanın partladıcısı “MVZ-57”) aşkar olunaraq zərərsizləşdirilib. Baxış zamanı 1 milyon 165 min 678 kvadratmetr ərazi (419 min 850 kvadratmetr əl ilə, 321 min 600 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr “Sensys” dərinlik ölçən cihazı və 311 min 228 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
ANAMA tərəfindən yanvarın 1-dən martın 15-dək cəmi 1990 partlamamış hərbi sursat, tank əleyhinə 73 mina və piyada əleyhinə 7 mina aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə 1 milyon 209 min 292 kvadratmetr ərazi (463 min 464 kvadratmetr əl ilə, 321 min 600 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr “Sensys” dərinlik ölçən cihazı və 311 min 228 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.
1news.az