Formula 1: Devid Kulxardın gəlişi, Liberty Media-nın tənqidinə cavab və BCC-nin mətbuat konfransı ilə bağlı maraqlı təfərrüatlar – FOTO – VİDEO | 1news.az | Xəbərlər
FORMULA 1

Formula 1: Devid Kulxardın gəlişi, Liberty Media-nın tənqidinə cavab və BCC-nin mətbuat konfransı ilə bağlı maraqlı təfərrüatlar – FOTO – VİDEO

13:14 - 17 / 03 / 2017
Formula 1: Devid Kulxardın gəlişi, Liberty Media-nın tənqidinə cavab və BCC-nin mətbuat konfransı ilə bağlı maraqlı təfərrüatlar – FOTO – VİDEO

Azərbaycanda Formula 1 yarışlarının başlanmasına üç ay qalıb.  Baku City Circuit (BCC) Əməliyyat Komitəsi tədbirlə bağlı genişmiqyaslı hazırlıqlar keçirir, eyni zamanda dünyaca məşhur avtoyürüş qonaqlarını qəbul edir. 

Beləcə, ikinci dəfədir ki, Formula 1-in məşhur yarışçısı Devid Kulxard Bakıya təşrif buyurub. 90-cı illərdə F1-in Williams, McLaren və Red Bull kimi məşhur komandaların sabiq pilotu hazırda uğurlu jurnalist və şərhçi kimi fəaliyyətini davam etdirir.

Konfiqurasiya və unikal xüsusiyyətlərlə tanış olmaq məqsədilə Kulxard yenilənmiş trasda gəzib. Sabiq yarışçı görülmüş işlərlə tanış olaraq, əldə olunmuş prosesə şahid olub, trasın ən geniş 7,6 metrlik hissəsini də diqqətlə araşdırmaq imkanı əldə edib.

Qeyd edək ki, Bakı mərhələsinin vizit kartına çevrilmiş həmin hissə öz başlanğıcını 8-ci döngədən götürərək, İçəri şəhərin qala divarlarından 11-ci döngəyə qədər uzanır.

Ötən il Williams-ın pilotu Valteri Bottas tərəfindən təyin edilmiş yeni rekord hesabına Baku City Circuit-in trası Formula 1-in şəhər trekləri arasında ən sürətli yol adını qazanıb.

Xatırladaq ki, o zaman 366 km/saat trekin başlıca rəsmi sürət həddi elan edildi. Qeyri-rəsmi sürət isə 378 km/saat qeyd olundu.

Gəzintidən sonra mətbuat konfransında çıxış edən Devid yenidən Bakıya gəlişi ilə bağlı, eləcə də qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

1news.az-a xüsusi müsahibə verən Kulxard Bakı trasının mürəkkəbliyini, eləcə də Azərbaycanın yarış mərhələsinə baş çəkməklə bağlı səbəblərini sadaladı:

- Məlum olduğu kimi, Formula 1-in yeni texniki reqlamenti ilə bağlı bolidlərin təkərləri daha geniş olub. Bunlar Bakı trasında yarışçılar üçün əlavə problem yaradırmı? Nəzərə alsaq ki, trasın ən əyri-üyrü və dar sahəsi 7,6 metr təşkil edir?

- Bütün bu yeniliklər pilotlar üçün böyük əhəmiyyət kəsb etmir. Bütün bunlar xırdalıqlardır. Onların əsas vəzifəsi sürəti hiss etmək, döngələrə düzgün daxil olmaq və məhdudlaşdırılmış hissələrdən uzaq durmaqdır.

Yeni texniki qaydalarda müsbət tərəfləri də görürəm – maşınlar daha sürətli olub, yarışçılar daha səylə çalışaraq öz potensialını göstərə biləcəklər.

Düşünürəm ki, bu, azarkeşlər üçün çox yaxşı olacaq. Belə ki, azarkeşlər əsl yarış – pilotun əziyyətsiz trasda hərəkət etdiyini görmək istəyirlər.

- Devid, bu ilin yayında keçiriləcək Qran-Pri Azərbaycana səfər etmək üçün 3 səbəb söyləyin...

- Səbəblər 3-dən daha artıqdır. Və bu sevindirici haldır. İlk növbədə deyərdim ki, Bakı trası dünyada ən sürətli trasdır. Ötən il yarışçılar bu trasdan necə həzz aldıqlarının da şahidi oldum. Trasın müərəkkəbliyi yarışçılar üçün xoş çağırış oldu. Buna görə də Qran-Pri Azərbaycana gəlmək – yarışçıların səylə bir-biri ilə yarışmalarını görməyə dəyər.

İkinci səbəb isə - təəssüratlardan və yeni mədəniyyətdən, qədim tarixi, danışan memarlıq əsərləri olan binalardan zövq almağa dəyər.

Üçüncü səbəb – buradakı xalq çox istiqanlıdır. İnsanlar gələcəyə baxışı çox inkişaflıdır. Mən buraya ailəmi də gətirəcəyəm. Azərbaycana həqiqətən də gəlməyə dəyər.

Devid Kulxardla mətbuat konfransı zamanı eləcə də Baku City Circuit-un icraçı direktoru Arif Rəhimovun Qreq Maffeylə bağlı bəyanatı ilə də yadda qaldı.

Xatırladaq ki, Liberty Media-nın baş direktoru – Formula 1-in yeni sahibkarı Maffey Azərbaycanda F1 mərhələsini kəskin tənqid etmişdi.

Media konfransda çıxış edən Maffey qeyd edib ki, Formula 1-in təqvimi bu idman növünün biznes və brendini genişləndirən yarışları özündə cəmləşdirməlidir.

“Məqsədimiz - promouterlərə uğurlu olmağa kömək etməkdir. Formula 1-in eks-sahibkarının yanaşması ondan ibarət olub ki, nə qədər fayda cəlb edə bilər və nəticədə biz Bakıda bu mərhələni qazandıq. Onlar yarışın keçirilməsi üçün yüksək məbləğdə pul ödədi. Lakin bu, brenddin uzunmüddətli keçirilməsinə heç nə vermədi.

İşimiz yalnız yaxşı tərəfdaş tapmaqdan ibarət deyil, həmçinin onlar bizə məhsulun yaradılmasına kömək etməlidir.

Mexiko, Sinqapur və Əbu-Dabidəki mərhələlər möhtəşəm hesab olunur. Biz bunları işləri yaxşı getməyən təşkilatçılarla bölüşməliyik. Lakin anlayırıq ki, onlar çox pul ödədiklərini söyləyə bilərlər”. 

Arif Rəhimov bu bəyanatı aşağıdakı kimi şərh etdi:

“Maffeyin söylədikləri xoşagəlməz idi. Nəzərə alaq ki, Liberty Media Formual 1-in yaxın zamanlarda sahibkarı olub. Cənab Maffey isə bildiyim qədərilə, ötən il yalnız bir yarışa gələ bilib. Anlamıram, qısa zamanda biznes və idman üçün nəyin yaxşı, nəyin pis olduğunu necə təyin edə bilər?

“Bakı-2016” Qran-Prisi istər digər yarışların təşkilatçılarından, istərsə də azarkeşlər tərəfindən çoxlu sayda təriflər alıb. Formula 1-də düzəldilmiş mürəkkəb trek pilotların çox xoşuna gəlib.

Biz yalnız yarış təşkil etməmişdik. Biz eyni zamanda irimiqyaslı tədbir təşkil etmişdik. Bütün bunları 2017-ci ildə də təkrarlamaq istəyirik. Əgər bu baş verməzsə, o zaman biz bu cür mənfi söyləntiləri sadəcə olaraq qəbul etməyəcəyik. Eləcə də 5 il müddətinə hesablanmış Formula 1 razılaşmasına yenidən baxmaq qərarına gələcəyik. Maffeyə rəsmi cavabla bağlı ayrıca mətbuat konfransı təşkil edilməyəcək. Lakin sabahdan gec olmayaraq bu məsələ ilə bağlı öz mövqeyimizi bildirəcəyik”.

Ekklstounun gedişindən sonra Formua 1-in yeni sahibkarlarının bir sıra məsələlər bağlı mövqe nümayiş etdirməsi gözlənilən idi. Ola bilsin ki, onlar yüksək tələbkarlıqlarını göstərmək üçün tənqiddən başlamağa qərara gəliblər. Bunun üçün də təqvimin ən “gənc” yarışını seçiblər.

A.Rəhimovun sözlərindən çıxış edərək qeyd etmək olar ki, BCC-nin mövqeyi konkret olacaq. F1-in yeni sahibkarları ilə anlaşılmazlıq olduğu təqdirdə onlarla imzalanmış razılaşmaya yenidən baxılacaq. Və bu addım bu cür mürəkkəb vəziyyətdə məntiqi çıxış yolu kimi görünür. Nəzərə alaq ki, Azərbaycanda Formula 1-in keçirilməsi üçün çoxlu sayda insan əməyi və səyləri sərf edilib, eləcə də, yarışın uğurlu alınması üçün az maliyyət vəsaiti ayrılmayıb.

Lakin Maffeyin sözləri Liberty Media rəhbərliyinin nəzər-nöqtəsini əks etdirməsi hələ ki, aydın deyil. İstənilən halda bütün bunlarla bağlı Baku City Circuit üçün istər şifahi, istərsə də faktla söyləməyə imkanlar var. Bu “duel” 2017-ci ildə Azərbaycanda Qran-Prinin keçirilməsi BCC xeyrinə daha bir dəlildir.

Mətn: Fəridə Rəsulova

Foto: Lalə Quliyeva

Video: Emil Nəsirov

Paylaş:
2426

Son xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:44
Bütün xəbərlər