Püşk atıldı: “Bavariya” “Real”a, “Yuventus” “Barselona”ya rəqib oldu | 1news.az | Xəbərlər
Futbol

Püşk atıldı: “Bavariya” “Real”a, “Yuventus” “Barselona”ya rəqib oldu

16:21 - 17 / 03 / 2017
Püşk atıldı: “Bavariya” “Real”a, “Yuventus” “Barselona”ya rəqib oldu

Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb.

1news.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə qitənin ən nüfuzlu klub turnirində çıxışını davam etdirən 8 komanda rəqiblərini tanıyıb.

Belə ki, kor püşkün nəticələrinə görə, “Atletiko” “Lester”lə, “Borussiya” isə “Monako” ilə qarşılaşacaq. Nəhənglərdən isə “Bavariya” ilə “Real”, “Yuventus”la “Barselona” bir-birinə rəqib olub.

Çempionlar Liqası

1/4 final

(11/12 və 18/19 aprel)

“Atletiko” (İspaniya) - “Lester” (İngiltərə)

“Borussiya” (D, Almaniya) - “Monako” (Fransa)

“Bavariya” (Almaniya) - “Real” (İspaniya)

“Yuventus” (İtaliya) - “Barselona” (İspaniya)

1news.az

Paylaş:
1335

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər