İnternat məktəbində Novruz şənliyi təşkil olunub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İnternat məktəbində Novruz şənliyi təşkil olunub – FOTO

10:54 - 17 / 03 / 2017
İnternat məktəbində Novruz şənliyi təşkil olunub – FOTO

Martın 16-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli  Respublika xüsusi internat  məktəbində Novruz bayramı münasibətilə şənlik keçirilib.

1news.az-ın məlumatına görə, bayram şənliyi meydana  Dədə Qorqud,  Novruz personajları Bahar qızı, Kosa və Keçəlin gəlişi ilə başlayıb.

Tədbirdə görmə imkanları məhdud uşaqların ifasında Novruz bayramının adət-ənənələrini özündə əks etdirən səhnəciklər nümayiş olunub, milli rəqslərimiz təqdim edilib, mahnılar səsləndirilib.

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli  Respublika xüsusi internat  məktəbi 2006-cı ildə Heydər Əliyev Fondunun  Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə əsaslı təmir olunub. Müəssisə 2015-2016-cı ildə Təhsil Nazirliyi tərəfindən cari təmir edilib.

İnternat məktəbində 311 nəfər gözdən əlil və zəif görən şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 94 nəfərdən ibarət pedaqoji heyət məşğul olur. Son 3 ildə internat məktəbinin məzunlarından 14 nəfəri ali, 11 nəfəri orta ixtisas müəssisələrinə qəbul olunub.

1news.az

 

Paylaş:
798

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər