Prezident Mladen İvaniçi qəbul edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Mladen İvaniçi qəbul edib

12:30 - 18 / 03 / 2017
Prezident Mladen İvaniçi qəbul edib

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniçi qəbul edib.

1news.az dövlət başçısının saytına istinadən xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərimizin səviyyəsinin razılıq doğurduğu bildirilib, əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd edilib.

Azərbaycan ilə Bosniya və Herseqovina arasında turizm, səhiyyə, qarşılıqlı ticarət və digər sahələrdə əməkdaşlıq imkanları ilə bağlı məsələlər müzakirə olunub.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar ətrafında fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
611

Son xəbərlər

Bütün xəbərlər