Etna vulkanının püskürməsi səbəbindən Kataniya aeroportu bağlanılıb
Etna vulkanının püskürməsi səbəbindən Siciliyanın ən böyük ikinci şəhəri olan Kataniyanın aeroportu bağlanılıb.
1news.az Azərtac-a istinadən xəbər verir ki, hazırda texnika uçuş-eniş zolağını vulkan külündən təmizləsə də, vəziyyət yenə də kirtik olaraq qalır.
Kataniyaya gələn təyyarələrin bir hissəsi şəhərdən 100 kilometr məsafədə yerləşən Komizo hava limanına yönləndirilir.
Qeyd edək ki, Etna fevralın 28-də oyanıb. Son günlər vulkanın aktivliyinin xeyli artdığı və 2,7 min metr yüksəklikdə iki lava axını müşahidə olunur. Son günlər vulkanik maddələrin püskürməsi nəticəsində 10 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
1news.az
788