Ucarda əlil intihar edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ucarda əlil intihar edib

19:52 - 18 / 03 / 2017
Ucarda əlil intihar edib

Ucarda intihar hadisəsi baş verib.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında baş verib.

Rayon sakini, II qrup Qarabağ müharibəsi əlili 1964-ci il təvəllüdlü Ələmdar Hüseyn oğlu Bayramovun asılmış meyiti yaşadığı evin yaxınlığında yerləşən istifadəsiz çörəkbişirmə sexində aşkar olunub.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ucar rayon Şöbəsinə gətirilib.

Ə. Bayramov rayonda baytar həkimi kimi fəaliyyət göstəririb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

1news.az

Paylaş:
1067

Son xəbərlər

Şirvan kanalı bərpa edildi

05 / 08 / 2026, 16:06

Prezident 2 fərman imzaladı

05 / 08 / 2026, 13:38
Bütün xəbərlər