Bakıda yağış, dağlıq rayonlarda qar yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yağış, dağlıq rayonlarda qar yağacaq

14:24 - 20 / 03 / 2017
Bakıda yağış, dağlıq rayonlarda qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi mart ayının 21-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gün ərzində arabir yağış yağacağı gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturunun gecə 3-5° isti,  gündüz 8-10° isti, Bakıda gecə 3-5° isti, gündüz  8-10° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  754 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət  80-90 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, martın 21-də arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-6° isti, gündüz 9-13° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz  3-7° isti olacağı gözlənilir.  

1news.az

Paylaş:
881

Son xəbərlər

Bütün xəbərlər