Ermənistandan Bolqarıstana uçan təyyarədə radioaktiv yük aşkarlanıb | 1news.az | Xəbərlər
Dünya

Ermənistandan Bolqarıstana uçan təyyarədə radioaktiv yük aşkarlanıb

17:16 - 20 / 03 / 2017
Ermənistandan Bolqarıstana uçan təyyarədə radioaktiv yük aşkarlanıb

Ermənistandan uçan və tranzit olaraq Belarusdan keçən təyyarənin göyərtəsində radioaktiv yük aşkarlanıb.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın “RİA Novosti” agentliyi məlumat verib.

Məlumata görə, Belarus Dövlət Sərhəd Xidmətinin rəsmi nümayəndəsi Anton Bıçakovski bildirib ki, Belarus üzərindən tranzit olaraq keçməklə Ermənistandan Bolqarıstana uçan təyyarənin göyərtəsində radioaktiv yük aşkarlanıb.

Qomel aeroportunda təyyarədə axtarış aparılan zaman radioaktiv yük aşkarlanıb. Təyyarə sərnişin təyyarəsi olmayıb. 

1news.az

 

Paylaş:
747

Son xəbərlər

Bütün xəbərlər