Kanadanın baş nazirindən Novruz təbriki – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Kanadanın baş nazirindən Novruz təbriki – VİDEO

13:32 - 21 / 03 / 2017
Kanadanın baş nazirindən Novruz təbriki – VİDEO

Kanadanın baş naziri Castin Tryudo Novruz bayramı münasibətilə təbrik hazırlayıb.

1news.az-ın məlumatına görə, gənc siyasətçi təbrik mesajını videoya çəkərək şəxsi hesabında paylaşıb.

Kanadada yaşayan müsəlmanları Novruz bayramı münasibətilə təbrik edən baş nazir həyat yoldaşı Sofinin də təbriklərə qoşulduğunu bildirib.

Novruz bayramının yazın gəlişi ilə əlaqədar keçirildiyini deyən Tryudo bildirib ki, bayram günlərində dostlar, ailə üzvlərinin bir araya gəlir, insanlar bir-birinə hədiyyələr verir, musiqilərdən zövq alır və yeməklərini paylaşırlar.

1news.az

 

Paylaş:
1015

Son xəbərlər

Bütün xəbərlər