Bakıda yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq

15:20 - 21 / 03 / 2017
Bakıda yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi mart ayının 22-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında  hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.

Mülayim cənub küləyi əsəcək.  Havanın temperaturunun gecə 3-5° isti,  gündüz 8-11° isti, Bakıda gecə 3-5° isti, gündüz  8-10° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət  80-90 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, martın 22-də arabir yağış,  dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Axşam bəzi rayonlarda yağıntıda fasilə yaranacaq. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-7° isti olacağı gözlənilir.  

1news.az

Paylaş:
743

Son xəbərlər

Bütün xəbərlər