Bakalavriat səviyyəsi üçün ilk elektron sınaq imtahanının vaxtı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakalavriat səviyyəsi üçün ilk elektron sınaq imtahanının vaxtı açıqlanıb

16:13 - 21 / 03 / 2017
Bakalavriat səviyyəsi üçün ilk elektron sınaq imtahanının vaxtı açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün aprel-may aylarında keçiriləcək birinci qəbul imtahanlarında iştirak edən abituriyentləri nəzərə alaraq I-IV ixtisas qrupları üzrə elektron sınaq imtahanları keçirir.

1news.az-ın DİM-ə istinadən verdiyi xəbərə görə, ilk elektron sınaq imtahanında iştirak üçün abituriyentlər martın 21-dən 25-dək Dövlət İmtahan Mərkəzinin imtahan.az saytına daxil olub qeydiyyatdan keçməlidirlər. Elektron sınaq imtahanı martın 25 və 26-da əvvəlcədən təyin edilmiş saatlarda keçiriləcək. Abituriyentlər qeydiyyat zamanı seçdikləri tarix və saatda imtahan.az saytına daxil olub imtahan verməlidirlər. İmtahan müddəti 3 saatdır.

Birinci elektron sınaq imtahanında iştirak ödənişsizdir və bu imtahanda “Abituriyent” jurnalının 1 saylı buraxılışında qəbul imtahanı fənləri üzrə tərtib edilmiş model test tapşırığı nümunələrindən istifadə olunacaq. Bu imtahanda iştirak etməklə abituriyentlər elektron sınaq imtahanı texnologiyasını mənimsəyəcək və növbəti elektron sınaq imtahanlarında çətinlik çəkməyəcəklər.

Növbəti elektron sınaq imtahanlarının 1 və 2 aprel tarixlərində keçirilməsi nəzərdə tutulur. Bu imtahanlarda yeni test tapşırığı nümunələrindən istifadə olunacaq və iştirak ödənişlidir (10 manat). Ödəniş etmək qaydaları ilə saytda tanış olmaq mümkündür. Ödənişli elektron sınaq imtahanlarında iştirak etmək üçün qeydiyyat martın 27-dən 31-dək aparılacaq.

Abituriyentlər elektron sınaq imtahanı xidmətindən smart tipli mobil telefon və ya planşet vasitəsilə də istifadə edə bilərlər.

Xatırladaq ki, I-IV ixtisas qrupları üzrə ənənəvi kağız üzərində keçirilən sınaq imtahanları 27 may və 11 iyun tarixlərində keçiriləcək.

1news.az

 

Paylaş:
1025

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər