Rusiyanın müvəqqəti işlər vəkili Türkiyə XİN-ə çağırılıb | 1news.az | Xəbərlər
Dünya

Rusiyanın müvəqqəti işlər vəkili Türkiyə XİN-ə çağırılıb

16:20 - 23 / 03 / 2017
Rusiyanın müvəqqəti işlər vəkili Türkiyə XİN-ə çağırılıb

Rusiyanın Ankaradakı müvəqqəti işlər vəkili Sergey Panov Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Müftüoğlu deyib.

Suriya ərazisindən açılan atəş nəticəsində türk əsgərinin həlak olmasından narahatlığını ifadə edən diplomat snayperin olduğu ərazidə atəşkəs rejiminin əməl edilməsinə Rusiyanın cavabdeh olduğunu bildirib.

TASS

Paylaş:
2120

Son xəbərlər

Bütün xəbərlər