Dələduz Dadaşeva bacıları Ferrari alarkən saxlanılıb – FOTO | 1news.az | Xəbərlər
Dünya

Dələduz Dadaşeva bacıları Ferrari alarkən saxlanılıb – FOTO

16:43 - 23 / 03 / 2017
Dələduz Dadaşeva bacıları Ferrari alarkən saxlanılıb – FOTO

Moskvada polis əməkdaşları Məryəm və Tamilla Dadaşeva bacılarını 7 milyon rubl məbləğində Ferrari avtomobilini alarkən saxlayıblar.

Qeyd edək ki, Məryəm çoxdan bu avtomobilin arzusunda idi. O, ötən il BƏƏ-də Ferrari muzeyində avtomobillə foto çəkdirərək “Instagram”da “Mənə bağışlayın” yazısı ilə paylaşmışdı.

Məlum olub ki, hər iki qız “Sberbank”ın əməkdaşlarıdırlar. 26 yaşlı Məryəm Böyük Andronyevski küçəsində kredit təşkilatı şöbəsində müştəri meneceri vəzifəsində çalışırdı, 22 yaşlı Tamilla isə eyni vəzifədə Lyusinov küçəsindəki şöbədə işləyirdi. Bacıların hər ikisi kiçik biznesə cavab verən şöbədə çalışırdılar.

Müstəntiqlər hesab edirlər ki, bahalı avtomobili almazdan bir neçə gün əvvəl Dadaşeva bacıları böyük fırıldaqlarını həyata keçiriblər.

İlkin məlumata əsasən, hüquqi şəxslərlə işləyən və onların hesablarına girişi olan qızlar 40 milyon rubl vəsaiti “çıxararaq nağdlaşdırıblar”. Bu vəsaiti sonradan bir günlük şirkətlərin adına yazaraq özlərinə götürüblər. Pulları alandan bir gün sonra qızlar alış-verişə gediblər.

Hər iki qız barəsində “xüsusi böyük məbləğdə törədilmiş fırıldaqçılıq” maddəsi ilə cinayət işi açılıb.

“Sberbank” rəhbərliyi isə belə bir fırıldağın necə həyata keçirilməsi ilə maraqlanır.

Qeyd etmək lazımdır ki, Məryəm Dadaşeva  2013-cü ildə Rusiya Xarici Ticarət Akademiyasını bitirib. O, “Sberbank”a diplom almamışdan bir il əvvəl işə düzəlib. Onun kiçik bacısı Tamilla isə iqtisadiyyat və hüquq üzrə mütəxəssisdir.

Dadaşeva bacılarının sosial şəbəkələrdə paylaşdıqları fotolardan belə qənaətə gəlmək olar ki, onlar səyahət etməyi, restoran və klublarda əylənməyi xoşlayırlar.

Kommersant

Paylaş:
1358

Sizin üçün xəbərlər

Son xəbərlər

Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35
Bütün xəbərlər