Berti Foqts Bakıya gəlib | 1news.az | Xəbərlər
İdman

Berti Foqts Bakıya gəlib

15:08 - 24 / 03 / 2017
Berti Foqts Bakıya gəlib

AFFA-nın baş katibi millimizin sabiq baş məşqçisi Berti Foqtsla görüşüb.

1news.az-ın AFFA-ya istinadla verdiyi xəbərə görə, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 26-da keçiriləcək Azərbaycan - Almaniya oyununu yayımlayacaq Almaniya televiziyasında ekspert qismində çıxış edəcək B.Foqts Bakıya gəlib.

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Azərbaycan milli komandasının sabiq baş məşqçisi ilə görüşüb.

1news.az

Paylaş:
964

Son xəbərlər

Bütün xəbərlər