Trampa daha bir zərbə - Təklifinə “yox” dedilər | 1news.az | Xəbərlər
Dünya

Trampa daha bir zərbə - Təklifinə “yox” dedilər

14:25 - 25 / 03 / 2017
Trampa daha bir zərbə - Təklifinə “yox” dedilər

Amerika prezidenti Donald Trampa daha bir zərbə vurulub.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, belə ki, Trampın yeni səhiyyə sığortası ilə bağlı təklif etdiyi qanununa yetərli sayda səs verilməyib.

Trampın Amerika Təmsilcilər Məclisinin başqanı Paul Ryanla ötən gün müxalifətçiləri razı salmaq üçün keçirdiyi ard-arda toplantılar nəticəsiz qalıb. Səsvermənin bütün çabalara rəğmən “bəli” cavabı almaması Tramp üçün böyük uğursuzluq olub.

Qeyd edək ki, Tramp hakimiyyətinin ilk böyük imtahanı olaraq dəyərləndirilən qanun layihəsinın Təmsilçilər Məclisindən keçməsi üçün 216 lehinə səs verilməsi lazım idi.

1news.az

Paylaş:
719

Son xəbərlər

Bütün xəbərlər