Mosulda dağıntılar altından 61 dinc sakinin meyiti çıxarılıb | 1news.az | Xəbərlər
Dünya

Mosulda dağıntılar altından 61 dinc sakinin meyiti çıxarılıb

17:25 - 26 / 03 / 2017
Mosulda dağıntılar altından 61 dinc sakinin meyiti çıxarılıb

İraqın təhlükəsizlik qüvvələri koalisiyanın avia zərbələri nəticəsində dağılmış binaların dağıntıları altından 61 dinc sakinin meyitini çıxarıblar.

1news.az Trend-ə istinadən xəbər verir ki, İŞİD terror qruplaşmasının üzvləri dinc sakinləri "canlı qalxan" kimi istifadə ediblər.

Koalisiyadan bildiriblər ki, binalar yerləşən ərazilərə hava zərbələri endirilib, lakin binalar hava zərbələri nəticəsində dağılmayıb.

Qeyd edək ki, Mosulda axtarış xilasetmə işləri davam etdirilir.

1news.az

Paylaş:
552

Son xəbərlər

Bütün xəbərlər