Ukrayna Rusiyanın “Eurovision-2017”–də iştirakının şərtini açıqlayıb | 1news.az | Xəbərlər
Dünya

Ukrayna Rusiyanın “Eurovision-2017”–də iştirakının şərtini açıqlayıb

11:44 - 26 / 03 / 2017
Ukrayna Rusiyanın “Eurovision-2017”–də iştirakının şərtini açıqlayıb

“Rəsmi Kiyev bəyan edib ki, Rusiyanın “Eurovision-2017” mahnı müsabiqəsinə təmsilçisini o halda qəbul etməyə hazırdır ki, hazırkı təmsilçi Yuliya Samoylova Ukrayna qanunvericiliyinə zidd hərəkət etməmiş biri ilə əvəz edilsin”.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu Ukraynanın baş nazirinin müavini Vyaçeslav Kirilenko “Ukrayna radio”sunun efirində deyib.

Vyaçeslav Kirilenko, Moskvanın bu şərti qəbul edəcəyinə ümid etdiyini bildirib. Kirilenko müsabiqə ətrafında yaranan vəziyyəti Rusiya tərəfindən törədilən təxribat adlandırıb.

Qeyd edək ki, Y.Samoylova Krımda konsertlə çıxış etdiyinə görə, rəsmi Kiyev onun ölkəyə girişinə qadağa qoyub. Müğənni  Rusiyanı “Eurovision-2017”–də  "Flame Is Burning" mahnısı ilə təmsil edəcəkdi.

1news.az

Paylaş:
766

Son xəbərlər

Bütün xəbərlər