Polis idarəsində izahat verən şəxs ölüb
Goranboy Rayon Polis Şöbəsində ölüm faktı qeydə alınıb.
1news.az APA-ya istinadən xəbər verir ki, rayon sakini 1977-ci il təvəllüdlü Rəşad Qarayev şöbədə izahat verən zaman anidən özünü pis hiss edərək yıxılıb.
Ona təcili tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Goranboy rayon Polis Şöbəsində baş verən ölüm hadisəsinə münasibət bildirib.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Goranboy rayonunun Şəfibəyli kənd sakini Qafur Talıbovun şikayət ərizəsi əsasında Goranboy şəhər sakini Rəşad Qarayev izahat verərkən səhhəti qəfil pisləşib və göstərilən tibbi yardıma baxmayaraq, dünyasını dəyişib.
Hazırda faktla bağlı Goranboy Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
1news.az