Geomaqnit qasırğası başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Geomaqnit qasırğası başlayıb

14:53 - 27 / 03 / 2017
Geomaqnit qasırğası başlayıb

Bu gün qəfil geomaqnit qasırğası başlayıb.

1news.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev bildirib.

Onun sözlərinə görə, qasırğanın gücü G2-dir (maksimum G5 olur), Kp indeksi isə 5-dir. Qasırğa gün ərzində ən azı G1 sinfinə mənsub olan səviyyədə davam edəcək.

Carı qasırğanın səbəbi Günəşin səthində formalaşmış növbəti böyük ölçülü tac dəliyidir (Coronal Hole = CH).

1news.az

Paylaş:
867

Son xəbərlər

Şirvan kanalı bərpa edildi

05 / 08 / 2026, 16:06

Prezident 2 fərman imzaladı

05 / 08 / 2026, 13:38
Bütün xəbərlər