DTX əməkdaşlarına ali hərbi rütbələr verilib – SİYAHI | 1news.az | Xəbərlər
Rəsmi

DTX əməkdaşlarına ali hərbi rütbələr verilib – SİYAHI

18:23 - 27 / 03 / 2017
DTX əməkdaşlarına ali hərbi rütbələr verilib – SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı əməkdaşlarına general-mayor ali hərbi rütbəsi verilsin:

polkovnik Rauf Rafiq oğlu Xələfova

polkovnik İlqar Əli oğlu Musayevə

polkovnik Sahib Novruz oğlu Nağıyevə

polkovnik Asif Mustafa oğlu Rüstəmova”.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı əməkdaşları təltif edilib:

2-ci dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə:

Rzayev Ceyhun Fərzalı oğlu - general-mayor

3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə:

Ələkbərov Fazil Nəriman oğlu - general-mayor

Fərzəliyev Sultan Cavanşir oğlu - polkovnik

Usubov Mütəllim Məhiş oğlu - polkovnik

«Vətən uğrunda» medalı ilə:

Ağayev Ramil Ağami oğlu - mayor

Cəfərov Şəhruz Cəlaləddin oğlu - kapitan

Səfərov Fuad Vaqif oğlu - polkovnik

Süleymanov Elşən Müzəffər oğlu - mayor

«İgidliyə görə» medalı ilə:

Əlizadə Xəqani Sücayət oğlu - kiçik çavuş

Fərzəliyev Muradxan Arif oğlu - kapitan

Rəsulov Ramin Qabil oğlu - mayor

Yusifzadə Emin Elxan oğlu - kapitan

«Hərbi xidmətlərə görə» medalı ilə:

Bağırov Elnur Bəxtiyar oğlu - mayor

Bayramlı Elbrus Binəli oğlu - ədliyyə polkovnik-leytenantı

Həmzəyev Rəşad Firidun oğlu - polkovnik

Qasımov Səbuhi Vaqif oğlu - mayor

Məmmədov Madar İbrahim oğlu - kapitan

Məsimov Nazim Abbas oğlu – kapitan

Musayev Mehman Fikrət oğlu - polkovnik

Paşayev Elnur Elman oğlu - kapitan.

1news.az

Paylaş:
883

Son xəbərlər

Bütün xəbərlər