Robert Prosineçki: “Futbolçularımla fəxr edirəm” | 1news.az | Xəbərlər
Futbol

Robert Prosineçki: “Futbolçularımla fəxr edirəm”

10:36 - 27 / 03 / 2017
Robert Prosineçki: “Futbolçularımla fəxr edirəm”

“Möhtəşəm atmosfer var idi. Buna görə də, azarkeşlərə minnətdarlıq edirəm”.

1news.az-ın məlumatına görə, bunu millimizin baş məşqçisi Robert Prosineçki deyib.

DÇ-2018-in seçmə mərhələsində Almaniyanı qəbul edən yığmamız böyükhesablı məğlubiyyətə düçar olub – 1:4.

Görüşdən sonra təşkil edilən mətbuat konfransında xorvatiyalı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: “Komandam yaxşı, əzmkar oyun nümayiş etdirdi. Kimə qarşı oynadığımızı bilirdik. Amma müdafiəyə oturmadıq, hücumlar da etdik. Almaniya səhvləri bağışlamır. Komandamızla fəxr etmək olar”.

- Renat Dadaşovun bu gün iştirak ərizəsində olmamasının səbəbi nə idi?

- Renatın 18 yaşı var və ilk dəfə idi ki, milli ilə bir yerdədi. Çox istedadlıdı. Gələcəkdə onu yığmada daha çox görəcəyik. Renatın təcrübəsi azdı, bu gün oynamaq onun üçün tez olardı. Amma gələcəkdə mütləq şans veriləcək.

- İki fərqli hissə izlədik. Bunun səbəbi almanların bizə imkan verməsi idi, yoxsa fasilədəki danışığınız oyunçulara müsbət təsir etmişdi?

- Gəlin, fərqli hissələri bir tərəfə qoyaq. Hesab 1:1 olarkən Əfran topu itirdi və qol oldu. Üçüncü qolda Qomesə yaxın oynamaq lazım idi. Fasiləyə 1:1 hesabı ilə getsəydik, başqa cür də ola bilərdi. Amma komandamdan tam razıyam və onlarla fəxr edirəm. Çünki belə rəqiblə çəkinmədən oynadılar, hücumlar etdilər.

- Məğlubiyyəti nə ilə əlaqələndirərdiz?

- Onlar bizdən daha üstün idilər. Futbolçuları Avropanın nəhəng klublarında çıxış edirlər. Komandamız bu gün maksimum gücünü ortaya qoydu. Kim peşəkar səviyyədə futbol oynayıbsa, məni başa düşər. Rəqib çox güclü idi. Almaniya millisinin oyunçuları həftədə iki dəfə yüksək səviyyədə oyun göstərirlər. Ölkə çempionatında və Çempionlar Liqasında iştirak edirlər. Bu komandanın dünya çempionu olması təsadüfi deyil.

- Oyun təcrübəsi olmayan futbolçular yenə start heyətində şans qazandılar. Əfran İsmayılov, Rahid Əmirquliyev və Qara Qarayev buna misaldı. Bu, oyunçu çatışmazlığından qaynaqlanır?

- Bu gün meydanda olanlar ən yaxşıları idi. Qara Qarayev bu gün mənim üçün meydanın ən yaxşısı idi. Rahid də əzmkar oynadı. Əfran fərqli futbolçudu. 90 dəqiqə onu meydanda görməyə bilərsiniz, amma bir hərəkətlə nəsə edə bilir. Vurduğumuz qolda da onun əməyi danılmazdı.

- Bəzi futbolçular komandaya tam uyğunlaşmırlar. Məsələn, Əfran İsmayılov çox top itirirdi. Biz Əfrana məcburuq, yoxsa başqa oyunçulara da şans veriləcək?

- Sizinlə razı ola bilmərəm. Mən Əfranla bağlı tam başqa cür düşünürəm. Əfran bizim üçün vacib oyunçudu. Düzdü, bu gün səhv etdi. Amma o meydanda olanda komanda daha özünəinamlı olur, hücuma meyilli olur və qeyri-adi hücumlar qurur.

- Dediniz ki, millimiz bu gün maksimum oyununu göstərdi. Bu maksimumla Çexiya və Şimali İrlandiyanı Bakıda məğlub edə biləcəyikmi?

- Bunu deyə bilmərəm. Amma biz bu oyunla Almaniya yox, başqa komanda olsaydı, mütləq qalib gələrdik.

- Qara Qarayev bu gün çox yaxşı oyun nümayiş etdirdi. Berti Foqts müsahibəsində deyib ki, azərbaycanlı futbolçular rahat yaşadıqları üçün ölkə xaricinə çıxmırlar. Siz Qara və ya başqa oyunçuya məsləhət görmüsüz ki, ölkə xaricinə çıxsın?

- II Bundesliqanın axırıncı yerlərində gedən komandada oynayan Dmitri Nazarov bu gün çox gözəl çıxış etdi. Mən də oyunçularımızın Avropanın güclü çempionatlarında oynamalarını istəyirəm. Təəssüf ki, onları əlimlə götürüb Avropaya apara bilmərəm. Onların orda çıxışının milliyə də böyük xeyri dəyəcək. Bunu həmişə demişəm.

- Bayaqdan futbolçuları tərifləyirsiz. Almaniyaya vurulan qola görə AFFA-dan mükafat gözləmirsiz? Berti Foqtsun vaxtında belə hallar olub...

- Təəccübləndim bu suala görə. Bu gün məğlub olmuşuq. Mükafatdan xəbərim yoxdu, bu, məni maraqlandırmır. Mənim üçün əsas Şimali İrlandiya ilə matça futbolçuların tam hazır olması vacibdi. Həmin görüşdən əvvəl 20 gün təlim-məşq toplanışı və 2 yoldaşlıq görüşü keçirəcəyik.

- Bu gün Kamran Ağayevin çıxışından razı qaldınız?

- Kamranın “Boavişta”da oynamaması böyük problem idi. Klubsuz qalıb. Şimali İrlandiya ilə görüşə qədər hansı formada olacağını bilmirəm. Bu gün künc zərbələri zamanı irəli çıxmayıb. Bunu təhlil edəcəyik. Amma qollarda onun səhvi yox idi.

1news.az

Paylaş:
724

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər