Hüseyn Bağırov Ağdamda vətəndaşlarla görüşəcək
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov martın 30-da Ağdam şəhərinin Quzanlı qəsəbəsində vətəndaşları qəbul edəcək.
1news.az-ın məlumatına görə, Heydər Əliyev Mərkəzində (ünvan: Ağdam şəhəri, Quzanlı qəsəbəsi, Zərifə Əliyeva prospekti) saat 10:00-da başlayacaq qəbulda Ağdam, Ağcabədi, Tərtər və Bərdə rayonlarının sakinləri iştirak edəcəklər.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i ilə əlaqə saxlamaları, həmçinin 14 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinə (Ağdam şəhəri, Quzanlı qəsəbəsi) müraciət etmələri (əlaqə telefonları: 026-325-05-64, 051-608-27-20, 070-299-22-62) xahiş olunur.
1news.az