Parisdə Azərbaycan Evinin Novruz şənliyi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Parisdə Azərbaycan Evinin Novruz şənliyi – FOTO

12:01 - 27 / 03 / 2017
Parisdə Azərbaycan Evinin Novruz şənliyi – FOTO

Fransada fəaliyyət göstərən «Paris Azərbaycan Evi» təşkilatı ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Azərbaycan dili dərsləri şagirdlərinin təqdimatında Novruz şənliyi təşkil edib.

1news.az-a Azərbaycan Evi-dən verilən xəbərə görə, Parisdə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirə Azərbaycanın Fransadaki səfiri Elçin Əmirbəyov, Azərbaycanın YUNESCO yanında daimi nümayəndəsi Anar Kərimov, Fransada yaşayan gənc həmvətənlərimiz, valideynlər, həmçinin fransiz ailələri iştirak etmişlər.

Təşkilatın rəhbəri Mirvari Fətəliyeva tədbiri açaraq qonaqları salamlamış, təşkilartın fəaliyytindən söz açmışdır. O, qeyd etmişdir ki, Paris Azerbaycan Evi ənənvi olaraq, vətəndən uzaqda yaşayan azərbaycanlı uşaqlara milli adət-ənənələrimizi aşılamaq, milli mənsubiyyətlərini və tariximizi unutdurmamaq məqsədi ilə silsilə bayram şənlikləri və digər tədbirlər təşkil edir, bu tədbirlər gənc nəslin vətənə bağlılığını və milli adət ənənlərimizə olan maraqlarını daha da artırır.

Daha sonra təşkilatın sədr müavinləri layihənin bədii rəhbəri Mehri Quliyeva və Jalə Orucova şagirdlərin hazırladığı Novruz şənliyi barədə tamaşaçılara məlumat vermiş və belə layihələrin Fransada böyüyən gənc nəsilin mədəniyyətimizə olan marağı qururverici bir hal olduğunu qeyd etmişlər.

Şənlikdə xalqımızın qədim tarixini, milli adət-ənənələrimizi əks etdirən səhnəciklər təqdim olunub. Milli geyimdə olan uşaqlar Novruz bayramına dair şer və mahnılar söyləyib, «Uzundərə», «Naz eləmə», «Nəlbəki» rəqslərini nümayiş etdiriblər. Novruz ənənələrinə uyğun olaraq yumurta döyüşdürüb, papaq atıb, yallı sədaları altında halay çəkiblər. Şənliyin sonunda uşaqlar gələn qonaqları müxtəlif milli atributlarla, ləziz şirniyyat nümunələri ilə bəzədilmiş bayram süfrəsinə dəvət ediblər.Tədbir hər bir kəsin böyük marağına səbəb olub.

1news.az

Paylaş:
1430

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər