Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi iyunun sonunda baş tutacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi iyunun sonunda baş tutacaq

18:43 - 28 / 03 / 2017
Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi iyunun sonunda baş tutacaq

İyun ayının sonunda Türkiyə Prezidentinin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olacaq.

1news.az Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan deyib.

O bildirib ki, bu xəttin açılışı ilə Avropa və Pekin arasında fasiləsiz dəmir yolu əlaqəsi təmin ediləcək. Hazırda yüklər 45-60 gün arasında daşınırsa yeni xəttin istifadəyə verilməsi ilə bu müddət 12-15 günə qədər azalacaq.

Paylaş:
733

Son xəbərlər

Bütün xəbərlər