FİFA Messini cəzalandırdı | 1news.az | Xəbərlər
İdman

FİFA Messini cəzalandırdı

19:51 - 28 / 03 / 2017
FİFA Messini cəzalandırdı

Argentina yığmasının futbolçusu Lionel Messi cəzalandırılıb.

1news.az apasport.az-a istinadən xəbər verir ki, FİFA 29 yaşlı superulduza sanksiya tətbiq edib.

Belə ki, “Barselona”nın üzvü millinin DÇ-2018-in seçmə mərhələsində keçirəcəyi növbəti 4 oyunda iştirak edə bilməyəcək. Messinin diskvalifikasiya edilməsinə Çili ilə matçda (1:0) yan xətt hakimini söyməsi səbəb olub.

Messi seçmə mərhələnin yalnız son matçında meydana çıxmaq şansı qazanacaq.

4 oyunluq cəza ilə yanaşı, argentinalı futbolçuya 10 min İsveçrə frankı dəyərində cərimə kəsilib.

Paylaş:
914

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər