Mehman Hüseynovun şikayəti təmin edilmədi
Martın 28-də Səbail Rayon Məhkəməsində video-bloqqer Mehman Hüseynovun polis tərəfindən işgəncəyə məruz qalması barədə iddiası əsasında cinayət işinin başlaması tələbinin Bakı Şəhər Prokurorluğunun araşdırması nəticəsində rədd edilməsi ilə bağlı qərarından şikayətinə baxılıb.
1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hakim Aytən Əliyevanın sədrlik etdiyi proses qapalı keçirilib.
İclasda Mehman Hüseynovun iştirakı təmin edilib. Onun hüquqlarını vəkilləri Elçin Sadıqov və Fuad Ağayev müdafiə edib.
Xatırladaq ki, Mehman Hüseynov martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.
1news.az
476