Fransa Əliyev-Sarkisyan görüşünü öz ərazisində təşkil etməyə hazırdır | 1news.az | Xəbərlər
Siyasət

Fransa Əliyev-Sarkisyan görüşünü öz ərazisində təşkil etməyə hazırdır

23:49 - 28 / 03 / 2017
Fransa Əliyev-Sarkisyan görüşünü öz ərazisində təşkil etməyə hazırdır

Fransa Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü öz ərazisində təşkil etməyə hazırdır.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə ATƏT Minsk Qrupunun fransalı həmsədri Stefan Viskonti bu gün Xankəndidə həmsədrlərin separatçıların başçısı Bako Saakyanla görüşündə deyib.

Yüksək səviyyədə görüşün mümkünlüyünə dair suala fransalı diplomatın cavabı belə olub:

“Müvafiq şərait yarandıqda görüş, əlbəttə ki, baş tutacaq. Görüş Fransada keçirilə bilər. Biz görüşün Fransa ərazisində təşkil etməyə hazır olduğumuzu bildirmişik. Əsas görüşün məhsuldar olmasıdır”.

Diplomat atəşkəs rejiminə riayət olunmasının vacibliyini qeyd edib:

“Biz ilk növbədə istərdik ki atəşkəsin pozulması hallarına yol verilməsin. Bu çox vacibdir. Əks təqdirdə danışıqları necə aparmaq olar? Eyni zamanda da irəliləmək də lazımdır”.

“Əməkdaşlığımıza gəlincə isə, qeyd etmək istərdim ki, proses gedir. Bunu hamı müşahidə edə bilmir, bu hamıya məlum deyil. Əlbəttə ki, biz detalları açıqlaya bilmərik, danışıqlar konfidensial şəkildə aparılır. Lakin bu o demək deyil ki, heç nə edilmir. Mürəkkəb prosesdir, siz bunu çox yaxşı anlayırsınız. Eyni zamanda aramızdakı, prezidentlər arasında dialoq çox dolğundur və məzmunludur”, - deyə diplomat bildirib.

Stefan Viskonti bundan əvvəl Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə Fransa prezidenti ilə görüşdüklərini xatırladaraq, onlar arasında münaqişənin nizamlanmasına dair  geniş və intensiv danışıqların aparıldığını qeyd edib.

1news.az

Paylaş:
514

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər