FİFA Messini cəzalandıra bilər
Ali futbol qurumu FİFA məşhur futbolçu Leonel Messini cəzalandıra bilər.
1news.az-ın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, buna səbəb kimi ulduz futbolçunun dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Argentina – Çili (1:0) oyunu zamanı yan xətt hakimlərindən birini təhqir etməsi göstərilir.
FİFA Argentina Futbol Assosiasiyasına (AFA) müraciət edərək məsələyə aydınlıq gətirməsini istəyib. Assosiasiyadan isə deyilənlərin həqiqətə uyğun olmadığı bildirilib.
Sözügedən görüşdə iştirak edən Braziliyadan olan hakimlər briqadası da futbolçu tərəfindən təhqir olunduqlarını təsdiq etməyiblər. Bununla belə FİFA AFA rəsmilərinə bildirib ki, hakimlər futbolçunun qeyri-etik davranışını təsdiq etməsələr də, onu cəzalandıra bilər.
1news.az